Kadırovun həlak olduğu deyilən”sağ əli” paylaşım etdi, “sağ-salamatam” yazdı

Dövlət Dumasının deputatı Adam Delimxanov teleqram kanalında sağ olduğunu yazıb.

Azpost.info bildirir ki, dünəndən etibarən Çeçenistanın “Axmat” taboruna Ukrayanda zərbə endirildiyi və Delimxanovun da həlak olması barədə məlumatlar yayılıb.

“Mən yaxşıyam! Satanistlər və nasistlərin arzuları gözündə qalacaq! Biz təbliğatının nə qədər yalan olduğunu görə bildik”.

Delimxanov yazdığı statusda ölməsi barədə xəbəri “feyk” adlandırıb.

Bu paylaşımdan əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov kanalından Delimxanovun “sağ və sağlam” olduğu bildirilən bir mesaj yazmışdı.

Delimxanovun Telegram kanalındakı yazı foto və video olmadan yayımlanıb.

Azpost.info

Əvvəlki məqalə

“Zəngəzur dəhlizinə Ermənistan deyil, İran mane olur” –

Sonrakı məqalə

Gənc futbolçu oyun zamanı öldü