Kaliforniyada atışma baş verib-8 nəfər ölüb

ABŞ-ın San-Xose şəhərində (Kaliforniya ştatı) atışma baş verib.

Trend-in məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən “Los Angeles Times” qəzeti xəbər yayıb.

Məlumata əsasən, atışma nəticəsində 8 nəfər həlak olub.

Daha əvvəl şəhərin meri Sem Likkardo atəş açan şəxsin zərərsizləşdirildiyini və insident nəticəsində bir neçə nəfərin xəsarət aldığını bildrmişdi.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“ABŞ-ın Türkiyəyə daha konstruktiv davranmasını gözləyirik” –

Sonrakı məqalə

Sumqayıtda 91 yaşlı qadın intihar edib