“Kanada Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.
Bu barədə Kanadanın Türkiyədəki səfirliyi “Twitter” səhifəsində bildirib.
“Kanada Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və martın 31-də Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i tanımır. Bu cür “seçkilər” Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupunun da səyləri daxil olmaqla, göstərilən bütün səyləri sarsıdır”, – deyə qeyd olunub.
Xatırladaq ki, Kanadanın Türkiyədəki səfiri eyni zamanda Azərbaycana, Gürcüstana və Türkmənistana akkreditə edilib. (APA)