Kanada hindulara kompensasiya ödəyəcək- Mədəni soyqırımına görə (MƏBLƏĞ)

Kanada hökuməti keçmişdə zorakılığa, mədəni və dil hüquqlarının pozulmasına görə ölkənin yerli əhalisinin nümayəndələrinə (hindulara) təzminat olaraq 2,8 milyard Kanada dolları (1,44 milyard avro) ödəməyə razılaşıb.

Azpost.info xəbər verir ki, 2012-ci ildə Kanada hakimiyyət orqanlarına yerli icmaların 325 üzvü 19-cu əsr və 20-ci əsrin sonu arasında dillərinə və mədəniyyətlərinə qarşı soyqırımına görə təzminat tələb edən qrup iddiası qaldırmışdı.

“Kanadaya öz tarixini, törətdiyi soyqırımını və internat məktəblərinin xalqlarımıza vurduğu kollektiv zərəri tanıtmaq çox uzun çəkdi”, – iddiaçılardan Harri Feşuk deyib.

Tərəflərin əldə etdiyi razılaşma indi ölkənin Federal Məhkəməsi tərəfindən təsdiqlənməlidir. Ehtimal olunur ki, pullar yerli əhalinin öz mülahizələri əsasında istifadə edə biləcəkləri xüsusi fonda köçürüləcək.

1881-1996-cı illər arasında Kanadada 150.000-dən çox yerli uşaq ailələrindən ayrılaraq internat məktəblərinə göndərildi. Onların bir çoxu Kanada Həqiqət Komissiyasının mədəni soyqırım adlandırdığı sistemdə ac qaldı, döyüldü və cinsi istismara məruz qaldı. Yeniyetmələrə əcdadlarının dillərində danışmaq və adət-ənənələrinə əməl etmək qadağan edildi. Kanadada sonuncu belə məktəb 1996-cı ildə bağlanıb.

2021-ci ildə Britaniya Kolumbiyasındakı keçmiş internat məktəbində 215 uşağın qalıqları tapılıb. O vaxtdan bəri, qalıqlar ölkənin digər keçmiş oxşar müəssisələrində də aşkar edilib. Müxtəlif hesablamalara görə, əsasən kilsə tərəfindən idarə olunan bu internat məktəblərinin minlərlə şagirdi xəstəliklərdən, aclıqdan, qəzalardan, yanğınlardan və zorakılıqlardan ölüb.

Ötən il Papa Fransisk Kanadaya səfəri zamanı Roma Katolik Kilsəsi adından yerli xalqlardan bağışlanmalarını xahiş etmişdi.

“Bir çox xristianın yerli xalqlara etdiyi pisliyə görə təvazökarlıqla bağışlanma diləyirəm”, – Papa demişdi.

Azpost.info

Əvvəlki məqalə

“İlin sonunadək orta aylıq əməkhaqqı 900 manata çatacaq”

Sonrakı məqalə

Tünzalə Əliyeva dəfn edilib