Kanada Kabildəki səfirliyini təxliyə etmək üçün xüsusi təyinatlılar göndərəcək

13 Avqust 2021 - 12:26

Kanada Əfqanıstandakı səfirliyinin əməkdaşları təxliyə olunana qədər diplomatik missiyanın binasını mühafizə etmək üçün bu ölkəyə xüsusi təyinatlı qoşun göndərəcək.

France-Presse agentliyinə istinadla xəbər verir ki, xüsusi təyinatlılar diplomatların təxliyəsindən sonra səfirlik bağlananadək binanı mühafizə edəcək. Göndəriləcək dəstənin üzvlərinin sayı hələlik açıqlanmır.

ABŞ hakimiyyəti bir müddət öncə Kabil şəhərindəki səfirliyinin əməkdaşlarını ixtisar etmək qərarına gəlib. Təxliyə zamanı onların təhlükəsizliyini ABŞ hərbçiləri təmin edəcək. Bunun üçün yaxın iki sutka ərzində Əfqanıstanın paytaxtına 3 minə yaxın amerikalı hərbçi göndəriləcək.