Kanada Rusiyaya iqtisadi sanksiyalar tətbiq etdi –Baş nazir açıqladı

Kanada baş naziri Castin Trüdo Rusiyaya qarşı iqtisadi sanksiyaların ilk raundunu açıqlayıb.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “La Presse” məlumat yayıb. “Biz kanadalılara “DXR” və “LXR”-lə hər hansı maliyyə əlaqəsini qadağan edir, bu qondarma respublikaların tanınmasına dair qərara səs verən Rusiya parlamentinin üzvlərinə qarşı sanksiyalar tətbiq edirik. Rusiya hökumətinin borcuna görə biz Rusiyanın dövlət banklarına qarşı əlavə sanksiyalar tətbiq edəcəyik. Və onlarla hər hansı maliyyə əməliyyatına qadağa qoyacağıq”, – Trüdo bildirib.

Baş nazir həmçinin NATO-ya dəstək üçün Latviya və ətraf regionlara 460 əlavə hərbçi göndərdiyini bildirib. Trüdo bildirib ki, iqtisadi sanksiyalar Ukraynanın ərazi bütövlüyü bərpa olunana qədər qüvvədə qalacaq.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Həbsdə ölən sabiq icra başçısının cinayət işinə xitam verilib

Sonrakı məqalə

Azad edilmiş ərazilərə qanunsuz səfər edən 85 nəfər minaya düşüb