Azad edilmiş ərazilərə qanunsuz səfər edən 85 nəfər minaya düşüb

Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər edən 85 nəfər minaya düşüb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev xəbər verib. Şöbə rəisi bildirib ki, minaya düşmüş şəxslərdən 30 nəfər həyatını itirib, 55 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb: “Minalardan təmizləmə prosesi başa çatmayana qədər işğaldan azad olunan ərazilərə nəzərdə tutulmayan marşrut üzrə hərəkət təhlükəlidir. Minaya düşənlərin sırasında müxtəlif kateqoriyadan olan insanlar var ki, həmin ərazilərə qanunsuz daxil olaraq mina təhlükəsinə məruz qalıblar. Həlak olan mülki şəxslərdən bəziləri dəfələrlə qanunsuz olaraq həmin ərazilərə gedib və qanunvericiliyə uyğun olaraq cəzalandırılıblar. İşğaldan azad olunan ərazilərə getmək arzusunda olan mülki şəxslərin diqqətinə çatdırırıq ki, aidiyyəti dövlət qurumu tərəfindən müəyyən olunan marşrutlar üzrə vətəndaşların getməsi üçün təhlükəsiz şərait yaradılıb”.

Qeyd edək ki, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsindən mülki şəxslərlə yanaşı, 117 nəfər hərbçi da zərər çəkib, onlardan 7 nəfər həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kanada Rusiyaya iqtisadi sanksiyalar tətbiq etdi –

Sonrakı məqalə

Fevralın 25-də bütün müavinət və təqaüdlər ödəniləcək