Kanada sakini bir gecədə milyonçu oldu

dollar

Kanadanın “49-dan 6” milli lotoreyasında 9 milyon Kanada dolları (6,8 milyon ABŞ dolları) məbləğində jekpot oynanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə OLG şirkətinin nümayəndələri bildirib.

“Düşən nömrələr – 9, 12, 17, 23, 41 və 44, bonus sayı 3 olub”, – deyə təşkilatçılar bildiriblər.

Qeyd edilir ki, qalib fransızdilli Kvebek əyalətinin sakini olub.

Bundan başqa, lotoreyada 1 milyon Kanada dolları (760 min ABŞ dolları) məbləğində təsəlliverici mükafat oynanılıb. Uduşlu bilet Ontario əyalətində satılıb.

“49-dan 6” Kanadada 1982-ci ildən oynanılır və ölkənin ilk milli lotoreyasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir