Ərdoğan hədələdi:"ABŞ-ın Türkiyədəki hərbi bazalarının bağlanması aktualdır"

“ABŞ Senatının “Erməni soyqırımı” ilə bağlı qərarının heç bir hüquqi əsası və bizim üçün dəyəri yoxdur. Çünki bu qərar siyasidir”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyənin bir neçə televiziya və radiosuna verdiyi müsahibədə bu fikirləri bildirib.

Ərdoğan deyib ki, saxta “Erməni soyqırımı” mövzusunda Türkiyəyə qarşı irəli sürülən haqsız iddialara müvafiq cavablar veriləcək: “Biz sənədlə danışırıq. Türkiyə indiyədək 1 milyondan çox arxiv materiallarını, sənədləri üzə çıxarıb, heç birisində belə bir məsələ yoxdur. Dəfələrlə təklif etmişik ki, bu məsələ tarixçilərin, elm adamlarının araşdıracağı sahədir, arxivlərimiz açıqdır, gəlin araşdırın. Ermənistanda arxiv yoxdur, Amerikada, Fransada bir neçə arxiv materialları olduğu söylənilir, amma qapalı saxlayırlar. Bir halda ki, bizə iftiralarla hücum edirlər, biz də artıq müdafiəyə deyil, faktlarla onların qarşısına çıxacağıq. ABŞ-ın hindulara etdiyi soyqırımı bu ölkə üçün rəzalətdir. Biz bunu, eləcə də Ruandada, Əlcəzairdə  fransızların vəhşiliklərini, eləcə də digər bu kimi faktları dünya ictimaiyyətinə yayacağıq”.

Prezident həmçinin bildirib ki, Türkiyənin Malatya vilayətindəki ABŞ-ın Kürəcik və  Adanadakı İncirlik hərbi bazalarının bağlanması məsələsi də aktualdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kanada sakini bir gecədə milyonçu oldu

Sonrakı məqalə

Gecə cəbhə xəttində atəşkəs pozulub