Kanada taxıl anbarları üçün Ukraynaya 40 milyon dollar ayıracaq

Kanada taxıl anbarları üçün Ukraynaya 40 milyon dollar ayıracaq.

Azpost.info xəbər verir ki, Ukrayna Aqrar Siyasət və Ərzaq Nazirliyindən bildiriblər ki, vəsait BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı vasitəsilə təmin ediləcək.

Müvafiq texniki dəstək və avadanlıq sayəsində 2022-2023-cü illərdə əlavə 2,4 milyon ton taxılın saxlanmasını təmin etmək nəzərdə tutulur.

Nazirliyin proqnozuna görə, bu mövsümdə 51,1 milyon tona qədər taxıl yığmaq mümkündür.

Bildirilir ki, Ukraynada ümumi tutumu 75 milyon ton olan taxıl anbarlarının 14 faizi zədələnib və ya məhv edilib. Daha 10 faizi Rusiyanın zəbt etdiyi ərazilərdə yerləşir, 30 faizi isə ötənilki taxılla doludur.

Azpost.info

Əvvəlki məqalə

Həkimlərin işə qəbulu müsabiqəsinin nəticələri açıqlanıb – SİYAHI

Sonrakı məqalə

I və IV qruplar üzrə qəbul imtahanlarının nəticəsi açıqlandı