Kanada Ukraynaya dəstək üçün 500 milyon dollarlıq istiqraz buraxacaq

Kanada Ukraynaya dəstək olaraq 500 milyon Kanada dolları məbləğində beş illik istiqrazlar buraxacaq.

Azpost.info xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.

“Bu, dövlətimizə prioritet xərclərin maliyyələşdirilməsində, xüsusən də pensiyaların ödənilməsində və istilik mövsümünə hazırlıqda kömək edəcək daha bir güclü addımdır. Hər kəs bu qiymətli kağızları almaqla Ukraynanın iqtisadi və maliyyə sabitliyinə öz töhfəsini verə biləcək. Bu, tərəfdaşlarımız tərəfindən ilk belə təşəbbüsdür”, – Baş nazir deyib.

Azpost.info

Əvvəlki məqalə

“Sülhməramlıların mandatının uzadılması ilə bağlı sənədi imzalamağa hazıram” –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu