Kanadada Rusiyaya qarşı iqtisadi sanksiyalar çərçivəsində ruslara məxsus təqribən 330 milyon dollarlıq aktivlər dondurulub.
Azpost.info xəbər verir ki, bu barədə Kanada hökuməti məlumat yayıb.
Hökumətdən bildirilib ki, mütəmadi olaraq yeni məlumatlar gəldiyi üçün rəqəmlər də yenilənir.
Xatırladaq ki, oktyabrın 28-də Kanada Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Siyahıya enerji müəssisələrinin rəhbərləri olan 35 nəfər və energetika sektorundakı 6 müəssisə əlavə edilib.
Azpost.info