“Kapital Bank”ın İdarə Heyətinin sədri: ““Yüksəliş” müsabiqəsinin iştirakçılarından böyük gözləntilər var”

“Uğurlu idarəçiliyin təməl şərtlərindən biri yüksək şəxsi keyfiyyətlərə malik olmaqdır. Əlbəttə, xeyli sayda insanı bir heyətdə birləşdirən dəyər təkcə peşə bilikləri, püxtələşmiş təcrübə ola bilməz. Çalışdığın insanlarla əməkdaşlığın, münasibətlərin dayanıqlı meyarlar əsasında qurulması sistemin zəmanətli yüksəlişi deməkdir. “Yüksəliş” müsabiqəsi məhz bu bacarıqları hədəfləyən, Azərbaycanın güclü rəhbər heyətindən ( https://yukselish.az/mentors.html ) ibarət komandanı birləşdirərək gələcəyin idarəçiləri üçün də yeni imkanlar yaratmış oldu”.

APA-nın xəbərinə görə, müsabiqənin idarəçi rəhbərləri arasında yer alan “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev uğurlu idarəçilərin iş mexanizmi, şəxsi keyfiyyətləri ilə bağlı fikirlərini bölüşüb: “Uğurlu idarəçi qərar verməyi bacaran, verdiyi qərarların arxasında dayanan, öz əməkdaşlarını inkişaf etdirən, çalışdığı şirkətin dəyərlərini yaşayan və yaşadan şəxs olmalıdır”.

Rövşən Allahverdiyev idarəçi olmaq istəyən şəxslərin xüsusi öhdəliklərinin olduğunu və onların bu məsuliyyəti düzgün bölüşdürmə bacarığını da individual üstünlük kimi dəyərləndirdiyini bildirib: “İdarəçi olmaq asan deyil, çünki sən artıq başqalarının gördüyü işə görə də məsuliyyət daşıyırsan və müxtəlif insanları bir arada tutmağı, onlarla birlikdə nəticə əldə etməyi bacarmalısan”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İctimai təhlükəsizliyə təhdid yaradan informasiyaların KİV-də yerləşdirilməsi qadağan edilir

Sonrakı məqalə

Ermənistanda koronavirusa yoluxanların sayı 64-ə çatıb