Karantin bölgələrində KİV-in necə işləyəcəyi müəyyənləşib

Xüsusi sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlarda kütləvi informasiya vasitələrinin tam tərkibdə işləməsi nəzərdə tutulub.

Bu, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına müvafiq dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində fəaliyyətinə icazə verilən bəzi iş və xidmət sahələri üzrə işə cəlb olunan  işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İş icazəsi olan sahələrdə işçilərin sayı 50 faizdən çox olmamalıdır –

Sonrakı məqalə

Nazirlər Kabineti karantinin sərtləşdirilməsi ilə bağlı dəyişiklikləri izah etdi