Karantin rejimini pozan daha 1208 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

23 Aprel 2020 - 11:09

Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 22 aprel 2020-ci il saat 00:00-dan 23 aprel 2020-ci il saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 208 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 1 aprel 2020-ci ildən bu günədək respublikanın, o cümlədən, paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 36 364 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.