Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Karl Yunq: “İnsanın həqiqi həyatı 40 yaşında başlayır”

User 24 Sentyabr 2026 - 10:36 (Last updated: 24 Sentyabr 2026 - 10:35)
aile xosbext

Məşhur psixiatr və psixoanalitik Karl Qustav Yunqun fikrincə, 40 yaş həyatın sadəcə bir sərhədi deyil, insan şüurunun ən dərin oyanış mərhələsidir. O bildirirdi ki, insanın həqiqi həyatı 40 yaşında başlayır.

Gəlin dahi mütəfəkkirin bu fəlsəfəsinə əsaslanaraq, qırx yaşın insan həyatında yaratdığı möhtəşəm daxili transformasiyaya nəzər salaq.

40-dək olan yaşam: Xarici hədəflər və cəmiyyət gözləntiləri
Ömrün ilk yarısında insan əsasən xarici aləmin təsiri altında formalaşır. Təhsil, karyera qurmaq, ailə sahibi olmaq, cəmiyyətdə status qazanmaq və valideynlərin və ya cəmiyyətin gözləntilərini doğrultmaq kimi məqsədlər ön planda olur. Bu dövrdə bütün enerji sosial struktura uyğunlaşmağa və həyatın dayanıqlı bünövrəsini yaratmağa sərf edilir.
Lakin insan 40 yaş həddinə çatdıqda hər şey dəyişməyə başlayır. Keçmişdə böyük ambisiyalarla yaradılmış bu daxili “mən” artıq əvvəlki məmnuniyyəti və rahatlığı gətirmir. İnsan öz-özünə sual verməyə başlayır: “Görəsən, bütün bunlar həqiqətən mənim istədiyim həyatdırımı?”

Daxili oyanış və dincəlməyən ruh
Bu oyanış adətən daxili narahatlıqla özünü büruzə verir. Əvvəllər böyük məna kəsb edən əşyalar və nailiyyətlər artıq əvvəlki həvəsi yaratmır. İnsan karyerasının zirvəsində ola bilər, lakin bu zirvə ona gözlədiyi xoşbəxtliyi bəxş etmir. Və ya illərlə qoruyub saxladığı münasibətlərdə nəs çatışmadığını hiss edir.
40 yaşdan sonra insan bioloji olaraq nəsli davam etdirmək və ailə qurmaq təzyiqindən azad olur. Daxildəki o dərin instinktiv impuls sakitləşir. Nəticədə, insan tələsiklikdən, gecikmək qorxusundan və daxili gərginlikdən uzaqlaşaraq tamamilə şüurlu seçimlər etməyə başlayır.

Yanlış istiqamətdən öz həqiqi yoluna keçid
Bu dövrdə insan həyatının səmtini dəyişmək istəyə bilər: peşəsini dəyişmək, köhnə vərdişlərdən əl çəkmək, yeni hobbilər tapmaq və ya tamamilə fərqli bir mühitə köçmək. Lakin əsl transformasiya həmişə daxildə baş verir. Yunqun fikrincə, bu yaşda ruhun ən dərin qatlarında gizlənmiş, indiyə qədər sıxışdırılmış aspektlər üzə çıxır.
Çoxları uşaqlıq və gənclik illərində unutduqları və ya vaxt ayıra bilmədikləri sevimli məşğuliyyətlərinə qayıdırlar: kimsə yazmağa, kimsə rəsm çəkməyə başlayır, kimsə isə təbiətdə daha çox vaxt keçirir. İnsan əvvəlki “mən”i ilə olmaq istədiyi şəxs arasındakı uçurumu görür və bu boşluğu doldurmağın yollarını axtarır. Buna görə də 40 yaşını yalnız “böhran” deyil, həm də insanın öz potensialını tam açıq şəkildə kəşf edə biləcəyi unikal imkanlar dövrü kimi qiymətləndirmək lazımdır.

Əsl dəyərlər və artıq yükdən azad olmaq
Ömrün ikinci yarısının başlanğıcını dərk edən insan qocalığın qaçılmazlığını qəbul edir. Fiziki gücün yerini həyat təcrübəsi və mənəvi dərinlik tutur. İnsan anlamağa başlayır ki, əvvəllər vacib sandığı şeylər əslində elə də əhəmiyyətli deyil. O, artıq toksik insanlardan, onu yoran, stress yaradan hər şeydən uzaqlaşmağa və lazımsız yüklərdən təmizlənməyə can atır.
Gənclikdə dostların və tanışların kəmiyyəti önəmli olduğu halda, indi münasibətlərin keyfiyyəti ön plana çıxır. İnsan kimin həqiqətən dəyərli olduğunu, kiminlə vaxt keçirmək istədiyini çox dəqiq bilir. Səthi əlaqələr yerini dərin və mənalı bağlara verir. Artıq başqalarına nəsə sübut etmək ehtiyacı yox olur; daxildə sakitlik, həqiqi istilik verən sadə şeylər və dürüst seçimlər qazanılır.

Qaçaqaçdan özünü tapmağa doğru
Məhz buna görə Karl Qustav Yunq qeyd edirdi ki, həyat 40 yaşından sonra həqiqi mənasını tapır. Çünki məhz bu yaşda insan qaçmağı dayandırır və öz daxili səsinə uyğun yaşamağa başlayır. Çünki adətən 40 yaşdan sonra insanlar həyatlarının ən mühüm və düzgün addımlarını atırlar. Onlar gələcəyə tamamilə fərqli gözlə baxır və ömürlərini daha dinc, daha keyfiyyətli məcraya yönəldirlər.

Elnur Ağayev

AzPost.az

Post navigation

Previous: Bütün sosial ödənişlər sentyabrın 25-də yekunlaşdırılacaq
Next: Dünya tıxacda boğulur: İstanbul zirvədə, Çikaqoda sürücülər 2 min dollar itirir

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.