Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Keçmiş arvadı Ağadadaş Ağayevi məhkəməyə verib –

User 28 Dekabr 2025 - 15:50 (Last updated: 28 Dekabr 2025 - 15:35)
aqadadas

Xalq artisti Ağadadaş Ağayevin keçmiş xanımı məhkəməyə üz tutub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Lalə Əliyeva sənətçi ilə boşandıqdan sonra 2018-ci ildə tərəflər arasımda bağlanılan barışıq sazişinin etibarsız hesab edilməsini istəyib.
Əliyeva iddia ərizəsində qeyd edib ki, o, Ağadadaş Ağayevlə boşandıqdan sonra, birgə nikah dövründə olan əmlakın bölünməsi ilə əlaqədar məhkəməyə müraciət edib.
O, Xalq artistinə qarşı iddia qaldıraraq, “Büsat” şadlıq sarayının, “Vüsal” kafesinin, eləcə də, idman kompleksinin birgə nikah dövründə əldə olunduğundan bölünməsini məhkəmədən xahiş edib.
Tərəflər arasında 7 il öncə təsdiqlənən, barışıq sazişinə əsasən Lalə Əliyeva Mərdəkanda yerləşən villadan, eyni zamanda digər əmlak hüquqlarından imtina edib, Ağadadaş Ağayev isə bankdan götürülən 86 716 ABŞ dollar və 14 299 manat kredit borclarını ödəməyi öz üzərinə götürüb. Sənətçi eyni zamanda Mərdəkandakı villada olan hüquqlarından imtina edəcəyini bildirib.
Lalə Əliyeva bildirib ki, dəyəri milyonlarla ölçülən Mərdəkandakı fərdi yaşayış evi uzun illər əvvəl qızlarına alınıb və qızlarının doğum günündə – 2003-cü il tarixdə hədiyyə olaraq evin təməli atılıb:
“2018-ci ildəki məhkəmədə prosesi Ağadadaş Ağayev təklif etdi ki, kredit borcunu ödəsin və ev banka keçməsin. Dedi ki, onsuz da bu bağ evi qızlarımındır. Amma bildirdi ki, hansısa sənədləşmə və kredit işləri ilə əlaqədar onun adına olması lazımdır, yaxın gələcəkdə qızlarına bağışlayacağını, digər əmlakları isə bütün övladları arasında ədalətli şəkildə böləcəyini bildirdi. Mən də Ağadadaş Ağayevin vədlərinə inanaraq barışıq sazişini imzalamağa məcbur oldum”.
Lalə Əliyevanın sözlərinə görə, o, barışıq sazişinə öz sərbəst iradəsinin əleyhinə olaraq birinci qrup əlil qızı, nəvələri və böyük bir ailə ilə evsiz-eşiksiz qalmamaq üçün, eyni zamanda qarşı tərəfin yalan vədlərinə aldanaraq imza atıb:
“Lakin qərardadın qəbulundan xeyli vaxt keçməsinə baxmayaraq, Ağadaş Ağayev verdiyi vədlərin heç birinə əməl etmədi. Əksinə gələcəkdə qızına verəcəyini vəd etdiyi bağ sahəsini indiki
həyat yoldaşının adına keçirib. Ağlıma gəlməzdi ki, qızımın atası ona məxsus bağ sahəsini yeni həyat yoldaşına bağışlayacaq”.
Xalq artistinin keçmiş xanımı yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən 2018-ci il tarixli qərardad ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız hesab edilməsini xahiş edib.
Məhkəmə isə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edib ki, iddia tələbləri təmin edilməməlidir.
Belə ki, tərəflər arasında bağlanılmış barışıq sazişində Lalə Əliyeva Mərdəkandakı bağ evi üzərində Ağadadaş Ağayevin xüsusi mülkiyyət hüqunu tanıyıb və keçmiş ərinin xeyrinə evdən imtina edib.
Odur ki, bu saziş əsasında qəbul edilən məhkəmə qərardadı fərdi yaşayış evinə dair çıxarışın verilməsi üçün əsasdır.
Qeyd edək ki, məhkəmə prosesində nə Ağadadaş Ağayevin özü, nə də nümayəndəsi iştirak edib. Məhkəmə onların iştirakı olmadan prosesə baxılmasını mümkün hesab edib.

AzPost.az

Post navigation

Previous: Ermənistan Azərbaycana meyvə, konyak, ət ixrac etmək barədə düşünür –
Next: Ukrayna ordusu Kupyanskın böyük hissəsini azad edib

Oxşar xəbərlər

erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.