Keçmiş kilsə məktəbinin ərazisində 88 uşaq məzarı tapılıb

Kanadanın Alberta əyalətindəki keçmiş kilsə internat məktəbinin ərazisində aparılan axtarış zamanı rəsmi sənədlərdə olmayan 88 uşaq məzarı aşkar edilib.

Alberta Universitetinin professoru Kisha Supernantın rəhbərlik etdiyi bir qrup tədqiqatçı, əyalətin paytaxtı Edmontondan təxminən 335 kilometr şimal-qərbdə, Bruno internat məktəbinin ərazisində apardıqları səth tədqiqatları başa çatıb.

Alim məktəbin ətrafındakı 4500 kvadratmetrlik ərazidə 88 bəyan edilməmiş məzarın tapıldığını açıqlayıb.

Qeyd edək ki, Kanadada köhnə internat kilsə məktəblərinin olduğu ərazilərdə qeydə alınmamış uşaq dəfnləri ilk dəfə 29 may 2021-ci ildə Britaniya Kolumbiyası əyalətinin Kamloops şəhərindəki məktəbin bağçasında tapılan 215 uşağın qalıqları ilə gündəmə gətirilib.

Kilsə məktəblərində qalarkən ölən uşaqların sayı bəzi mənbələrdə 4200 olaraq verilsə də, Komissiyanın hesabatında kilsə idarələri tərəfindən ölüm halları sənədləşdirilmədiyi üçün bu rəqəmin 5995 olduğu qeyd edilib. (Azərtac)

Əvvəlki məqalə

İsmayıllı-Şamaxı yolu çökdü –

Sonrakı məqalə

Gürcüstanda narkotiklərə qarşı irimiqyaslı əməliyyat keçirilib