Keşikçidağ məsələsi müvafiq komissiyanın fəaliyyəti çərçivəsində həllini tapacaq.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili parlamentin “nazir saatı” formatında çıxışı zamanı deyib.
O, Gürcüstan və Azərbaycanın dinamik əlaqələrə malik iki strateji tərəfdaş ölkə olduğunu vurğulayıb: “Biz hər iki ölkənin bir-birinə doğru atdığı addımları yüksək qiymətləndiririk. Qareci (Keşikçidağ-red.) məsələsinə gəldikdə isə, bunun konkret yeri var, müvafiq komissiya çərçivəsində bu məsələ həllini tapacaq. Biz azərbaycanlı tərəfdaşlarımızla bu istiqamətdə ünsiyyəti və məsləhətləşmələri davam etdirəcəyik”, – nazir bildirib.