Kılıçdaroğlu HDP-nin həmsədrləri ilə görüşüb

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının sədri, “6-lı masa”nın 14 mayda keçiriləcək Prezident seçkilərində vahid namizədi (CHP) Kemal Kılıçdaroğlu ölkənin kürdyönümlü Xalqların Demokratiyası Partiyasının (HDP) həmsədrləri Pervin Buldan və Mithat Sancarla görüşüb.

Görüş 1 saatdan çox davam edib.

Kılıçdaroğlu görüşdən sonra mətbuata açıqlamasında “kürd məsələsinin adresi Türkiyə Böyük Millət Məclisidir” deyə bildirib.

Qeyd edək ki, Türkiyə hakimiyyəti HDP-ni PKK terror təşkilatını dəstəkləməkdə günahlandırır.

Əvvəlki məqalə

“Hər şeyi ürəyimizə salmırıq…” –

Sonrakı məqalə

“Birinci növbəli vəzifə Laçın dəhlizi ətrafındakı vəziyyətin nizamlanmasıdır” –