Kim Çen In partiya və ordu rəhbərliyini dəyişdirdi

Koreya Xalq Demokratik Respublikasında (KXDR) ordu və partiya rəhbərliyində dəyişiklik baş verib.

Təyinatlarla bağlı məlumatı bazar günü Koreya Mərkəzi Xəbər Agentliyi yayıb.

Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin VI Plenumunun yekunlarına əsasən, Mərkəzi Komitənin katibi, Hərbi Komitənin sədr müavini Pak Çonq Çon tutduğu vəzifədən azad edilib. Onu əvvəllər müdafiə naziri postunu tutan Li Yonq Gil əvəz edəcək. Park Çunq Çon həm də Mərkəzi Komitənin Siyasi Bürosunun üzvü idi.

Kan Sun Nam müdafiə şöbəsinin yeni rəhbəri, Pak Su İl Koreya Xalq Ordusunun Baş Qərargah rəisi, Li Tae Seob isə ictimai təhlükəsizlik naziri təyin edilib.

Əvvəlki məqalə

Yeni il münasibətilə Şuşada atəşfəşanlıq olub

Sonrakı məqalə

Laçın-Xankəndi yolunda dinc aksiya davam edir