Kim Çen In qızı ilə birgə nüvə raketlərinə baxdı –FOTO

“Şimali Koreya lideri Kim Çen In qızı Kim Cu e Na ilə birlikdə taktiki nüvə yükü daşıya bilən “KN-23” raketləri olan anbara baxış keçirib”.

Azpost.info xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.

Kim Çen In həmçinin “Hvason-12” orta mənzilli ballistik raketlərin yerləşdirilməsini də izləyib.

“Kim qızı Cu ilə üçüncü dəfə ictimaiyyət qarşısına çıxıb. Kadrlarda onların Rusiyanın “İskəndər” ballistik raketlərindən nümunə götürülmüş “Hwasong-12” və “Kn-23” orta mənzilli ballistik raketlərin yanında əl-ələ tutduğu görülür”, – məlumatda qeyd olunur.

Azpost.info

Əvvəlki məqalə

Əli Məsimli “Şöhrət” ordeni ilə təltif edilib

Sonrakı məqalə

“Ötən il Türkiyənin ixracatı 12,9 faiz artıb”