Şimali Koreya lideri Kim Çen In qızı ilə birlikdə mobil raket buraxılış qurğuları istehsalı zavoduna baş çəkib.
Azpost.info xəbər verir ki, o, Şimali Koreya ordusunun daha da modernləşdirilməsi üçün zavodun gücünü artırmağın vacibliyinə toxunub.
“Ordunu daha köklü şəkildə modernləşdirmək üçün zavod davamlı olaraq istehsalda sıçrayışlı uğurlar əldə etməlidir”, – o deyib.
Kim Çen Inı Koreya Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul əməkdaşları da müşayiət ediblər.
Azpost.info


