Kim Çen In rusiyalı məktəblilərin Şimali Koreyada istirahət etmələrini istəyir

Şimali Koreya lideri Kim Çen In Rusiya hökuməti ilə şagirdlərin istirahəti üçün məktəb qrupları arasında mübadilə perspektivlərini müzakirə edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Primorsk diyarının qubernatoru Oleq Kojemyako məlumat verib.

Kim Çen In Primoryeyə zirehli qatarda gəlib. Onu Kojemyako, təbii sərvətlər və ətraf mühit naziri Aleksandr Kozlov, eləcə də yerli məktəbin şagirdləri qarşılayıblar.

Şimali Koreya rəhbərinin Rusiyaya səfəri sentyabrın 12-də Primorsk diyarındakı Xasan stansiyasına gəldikdən başlayıb. Kim Çen In “Vostochnı” kosmodromuna baş çəkib, Rusiya prezidenti Vladimir Putinlə görüşüb, Qaqarin adına təyyarə zavodunun mühəndislik mərkəzi və istehsalat sexlərini gəzib.

Sentyabrın 15-də Kim Çen In Qaqarin adına Aviasiya Zavodunda, bu gün isə Rusiya müdafiə naziri Sergey Şoyqu ilə Vladivostokda Sakit Okean Donanmasının “Marşal Şapoşnikov” freqatına olub.

Azpost.info

Əvvəlki məqalə

Ərdoğan Qarabağ danışıqları ilə bağlı yeni format təklif edib

Sonrakı məqalə

Polşa da Rusiya avtomobillərinin ölkəyə girişinə qadağa qoyur