Kim Çen In Rusiyaya niyə gəlir?- “Financial Times” AÇIQLADI

Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putin arasında Vladivostokda danışıqların əsas mövzusunun Moskvaya döyüş sursatı satışı olacağı gözlənilir.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

“Pxenyan döyüş sursatı, raket sistemləri və qısamənzilli ballistik raketlər təklif edə bilər ki, bütün bunlar Moskvaya Kiyevin əks-hücumuna müqavimət göstərməyə kömək edəcək. Buna cavab olaraq Moskva taxıl, neft və valyuta təklif edə bilər. Rusiya həmçinin Şimali Koreyanı qonşularını, xüsusən də Cənubi Koreya və Yaponiyanı təhdid edə biləcək yüksək həssas hərbi texnologiyalarla təmin edə bilər”, – nəşr yazır.

Bir müddət əvvəl “The New York Times” qəzeti Kim Çen Inın sentyabrda Rusiyaya səfər etməyi planlaşdırdığını yazıb. Avqustun 29-da isə Ağ Ev bildirib ki, Vladimir Putin və Kim Çen In arasında silah tədarükü ilə bağlı mümkün razılaşmadan bəhs edən məktublar mübadiləsi aparılıb. Ağ Evin rəsmisi Con Kirbinin sözlərinə görə, iki ölkə arasında hərbi əməkdaşlıq üzrə danışıqlar yüksək səviyyədə aktiv inkişaf edir.

Azpost.info

 

Əvvəlki məqalə

Müsavat Partiyası dövlət qeydiyyatına alındı

Sonrakı məqalə

Bakıdan göndərilən 40 ton un yüklü karvan 12 gündür Ağdam-Xankəndi yolunda gözləyir