Kim Çen Inı Rusiyaya gətirən zirehli qatarın görüntüsü yayıldı- FOTO

Şimali Koreya lideri Kim Çen In Rusiyaya gəlib.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.

Şimali Koreya mediasının məlumatına görə, Kimi səfərdə ölkə rəhbərliyinin yüksək vəzifəli üzvləri, o cümlədən Baş nazir Kim Dok Hun müşayiət edir.

Nümayəndə heyətinin rəsmi tərkibi və səfərin məqsədi hələlik açıqlanmır.

“Koreyanın səsi” radiostansiyası bildirib ki, KXDR lideri Rusiyaya zirehli qatarla gəlib. Rusiya mətbuatında qatarın ilk görüntüsü yayılıb.

Azpost.info

Əvvəlki məqalə

Prezident Xırdalanda orta məktəbin binasının açılışında iştirak edib

Sonrakı məqalə

XİN Ağdam-Xankəndi yolunun açılmasını mühüm irəliləyiş kimi qiymətləndirir