Kimlərə yumurta çox yemək olmaz? –Həkim rəyi

Rusiyalı dietoloq Yevgeni Arzamastsev toyuq yumurtasının yeyilmə norması haqqında danışıb.

Azpost.info bildirir ki, o, “Moskva 24” telekanalına müsahibəsində deyib ki, hər şey insanın sağlamlıq vəziyyətindən asılıdır. Gənc və fiziki cəhətdən aktiv insanlar hər gün bir yaxud iki yumurta yeyə bilərlər.

Yumurtanın faydalarından danışan Arzamastsev onların tərkibində orqanizm üçün lazım olan zülal və yağlarla yanaşı, A, D və B qrupu vitaminlərinin olduğunu deyib: “Hamısı aktivlik, immunitet və rifah üçün faydalıdır”-, dietoloq bildirib.

Həkim həmçinin səhhətində problem olanlara xəbərdarlıq edib. Məsələn, artıq çəki və ya aterosklerozdan əziyyət çəkənlərə daha az yumurta yeməyi məsləhət görüb. “Əgər artıq çəkiniz varsa, həftədə iki-üç dəfə bir və ya iki yumurta yeyə bilərsiniz”, -deyə həkim əlavə edib.

Azpost.info

Əvvəlki məqalə

“İsrail və HƏMAS arasında münaqişə qlobal müharibəyə çevrilə bilər” –

Sonrakı məqalə

Bakıda 88 yaşlı qayınata 60 yaşlı gəlinini güllələdi