Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Kimlərdə görmə itkisi riski daha çoxdur?

User 04 Noyabr 2025 - 11:20 (Last updated: 04 Noyabr 2025 - 09:21)
Göz həkimi

Göz həkimi

Yeni tədqiqat göstərib ki, idiopatik kəllədaxili hipertenziya (yəni səbəbsiz yüksək beyin təzyiqi) olan bəzi insanlarda görmə itkisi riski digərlərindən daha yüksəkdir. Bu vəziyyət, xüsusilə gənc və artıq çəkili qadınlarda daha çox rast gəlinir.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, Cənubi Danimarka Universitetinin alimlərinin apardığı və 29 oktyabr 2025-ci ildə “Neurology” jurnalında dərc olunan araşdırmaya 154 nəfər cəlb edilib. İştirakçıların əksəriyyətində optik diskin şişməsi – papillödem müşahidə olunub. Nəticələrə görə, iştirakçıların 69 faizində görmədə kor ləkələr (skotomalar), 26 faizində isə görmə kəskinliyində azalma olub. Müalicədən sonra belə, pasientlərin yarısında görmə problemləri davam edib, 13%-də isə görmə kəskinliyi tam bərpa olunmayıb.

Araşdırma göstərib ki, görmə itkisinə iki əsas mexanizm səbəb olur: Optik sinir liflərinin zədələnməsi – bu, daha çox periferik (yan) görmə itkisinə gətirib çıxarır. Tor qişanın mərkəzi hissəsində zədələnmə – bu zaman görmə kəskinliyi azalır və tam bərpa olunmur.

Tədqiqatçılar həkimlərə kimin daha çox risk altında olduğunu müəyyənləşdirmək üçün yeni qiymətləndirmə sistemi hazırlayıblar. Bu sistemdə papillödemin şiddəti və tor qişa təbəqələrinin struktur dəyişiklikləri əsas göstəricilər sayılır.

Mütəxəssislər vurğulayırlar ki, yüksək beyin təzyiqi vaxtında aşkar edilərək müalicə olunmazsa, davamlı görmə itkisi ilə nəticələnə bilər.

AzPost.az

Post navigation

Previous: Su içmək qan təzyiqini aşağı sala bilərmi? –
Next: Gündə neçə piroq yeyə bilərsiniz?

Oxşar xəbərlər

olum vefat
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı

User 20 Noyabr 2026 - 20:00
Pəhriz
  • Maraqlı

Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma

User 20 Noyabr 2026 - 19:45
arxeolo seher01
  • Maraqlı

Yer kürəsinin nəhəng sirri – Milyard illik dövr hara yoxa çıxıb?

User 20 Noyabr 2026 - 16:39

xƏBƏR

chtgpt
  • Media

ChatGPT, yoxsa Claude – Hansı süni intellekt daha güclüdür? / 5 əsas fərq

User 21 Noyabr 2026 - 11:05
ChatGPT və Claude süni intellekt sahəsində iki ən böyük addır və son aylarda hər iki platformanın imkanları...
Read more about ChatGPT, yoxsa Claude – Hansı süni intellekt daha güclüdür? / 5 əsas fərq
“İranı məhv edirik” – Tramp ABŞ-ın hücumları ilə bağlı danışdı tramp f
  • Dünya

“İranı məhv edirik” – Tramp ABŞ-ın hücumları ilə bağlı danışdı

User 21 Noyabr 2026 - 10:55
Ukraynaya 8 milyard avro ayrıldı – Avropa İttifaqından rekord dəstək der leyen02
  • Dünya

Ukraynaya 8 milyard avro ayrıldı – Avropa İttifaqından rekord dəstək

User 21 Noyabr 2026 - 10:45
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul edib ilham vyetnam
  • Siyasət

Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul edib

User 21 Noyabr 2026 - 10:42
Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı S400
  • Dünya

Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı

User 20 Noyabr 2026 - 23:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.