Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Kimlər sosial mənzil almaq üçün yenidən müraciət edə bilər?

User 25 Aprel 2026 - 11:50 (Last updated: 25 Aprel 2026 - 11:24)
menzil

Mənzil təminatı ilə bağlı qəbul olunan yeni sosial müdafiə yanaşmaları cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Qanunvericiliyə əsasən, xüsusi kateqoriyadan olan vətəndaşlar dövlət tərəfindən mənzillə təmin olunurlar. Lakin bu hüququn yalnız bir dəfə həyata keçirilməsi və sonradan yarana biləcək əlavə ehtiyacların necə qarşılanacağı sual doğurur.

Valyuta.az İTV-yə istinadən xəbər verir ki, hüquqşünas Əliməmməd Nuriyevin sözlərinə görə, qüvvədə olan qaydalara əsasən, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təminatı birdəfəlik xarakter daşıyır:

“Dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək üçün imtiyazlı şəxslər yalnız bir dəfə növbəyə götürülə bilərlər. Mənzil təminatının əsas məqsədi vətəndaşı ideal və ya genişləndirilmiş yaşayış şəraiti ilə təmin etmək deyil, yalnız minimum yaşayış ehtiyacını aradan qaldırmaqdır. Ailə tərkibinin artması və ya subyektiv məmnunsuzluq kimi hallar hüquqi baxımdan yeni təminat hüququ yaratmır”.

Əliməmməd Nuriyev qeyd edib ki, təkrar müraciətlər yalnız çox ciddi və istisna hallarda qiymətləndirilə bilər:

“Yalnız təbii fəlakət və ya yaşayış sahəsinin tam yararsız vəziyyətə düşməsi kimi hallar yeni hüquqi situasiya kimi qəbul olunaraq təkrar müraciətlər üçün əsas ola bilər. Lakin bir şəxsin eyni əsasla ikinci dəfə mənzil tələb etməsi, digər ehtiyacı olan vətəndaşların hüquqlarına müdaxilə hesab olunur və sosial ədalət prinsipi ilə ziddiyyət təşkil edir”.

Sosial Xidmətlər Agentliyindən isə bildirilib ki, tətbiq olunan qaydalar həm sosial ehtiyacların qarşılanması, həm də dövlət resurslarının ədalətli bölüşdürülməsi üçün hazırlanıb. Nazirlik tərəfindən əlilliyi olan şəxslər və şəhid ailələri daim diqqət mərkəzində saxlanılır. İndiyədək bu kateqoriyadan olan 16 000-dən çox şəxs dövlət tərəfindən mənzil və ya fərdi evlə təmin olunub.

Beləliklə, mövcud qanunvericilik imtiyazlı şəxslərin dövlət hesabına mənzil təminatını “birdəfəlik” prinsip üzərində qurur və təkrar müraciətlər yalnız fövqəladə hallar istisna olmaqla mümkün hesab edilmir.

AzPost.az

Post navigation

Previous: Prezident Vladimir Zelenski Azərbaycana səfərə gəlib –
Next: Koronavirus insan hüceyrələrinə yeni üsulla daxil ola bilir

Oxşar xəbərlər

erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.