Kinooperator Mətləb Yaquboğlu vəfat edib

AZTV-nin əməkdaşı, istedadlı kinooperator Mətləb Yaquboğlu vəfat edib.
Azpost.info bildirir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqının başsağlığında deyilir.
O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Mətləb Yaquboğlu (Mətləb Yaqubov Yaqub oğlu) 1969-cu ildə Bakıda anadan olub. Azərbaycan televiziyasının “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində operator kimi çalışıb.
Onlarla sənədli filmin və bir neşə tammetrajlı bədii televiziya filmlərinin quruluşçu rejissoru olub.
Mərhum Şirvan şəhərində dəfn edilib.
Allah rəhmət eləsin!
Əvvəlki məqalə

“Təbrik etməyə tələsməyin, Rusiya Xersona mütləq qayıdacaq” 

Sonrakı məqalə

Azərbaycanda daha 52 nəfər COVID-19-a yoluxub