Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

Kinostudiyada Cəfər Cabbarlının heykəlinin təmir-bərpa işləri yekunlaşıb

User 16 İyun 2026 - 15:27 (Last updated: 16 İyun 2026 - 15:29)
WhatsApp Image 2026-06-16 at 15.06.24

Böyük dramaturq, şair, yazıçı, rejissor Cəfər Cabbarlının  “Azərbaycanfilm” Kinostudiyasının giriş hissəsindəki heykəlinin əsaslı təmir-bərpa işləri tamamilə başa çatdırılıb.

Bunu kütləvi informasiya vasitələrinə açıqlamasında kinostudiyanın direktor müavini vəzifəsini icra edən Rüfət Qarazadə bildirib.

R.Qarazadə onu da söyləyib ki, kinostudiyanın ərazisində yaxın zamanda abadlaşdırma işləri daha sürətlə davam etdiriləcək. Artıq işıqlandırma, yaşıllaşdırma, su sistemlərinin bərpası həyata keçirilib. Ərazi üzrə elektrik naqilləri, projektorlar və s. bərpa olunub. Paralel olaraq abadlıq işlərinə, bütün təmir-bərpa işlərinə sərf olunacaq ehtimal qiymətləri formalaşdırılıb. Ardıcıl şəkildə asfalt örtüyünün dəyişdirilib yenilənməsi proseslərinə də başlanılacaq. Onu da qeyd edək ki, illərlə baxımsız duruma düşüb çirkləndirilmiş inzibati binada təmizlik işləri də artıq başa çatdırılıb. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 14 yanvar 2026-cı il tarixində imzaladığı “Azərbaycan Mədəniyyəti – 2040” – Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının müvafiq müddəalarına uyğun olaraq “Azərbaycanfilm” Kinostudiyasında iş həcmi də təsdiqlənmiş, ehtimal qiymətləndirilmələri başa çatdırılmışdır. Həm təmir-bərpa işləri, həm də Konsepsiya ilə bağlı qiymətləndirmələr növbəti həftənin sonuna kimi elan olunacaq.

Kinostudiyada görülən digər işlər və konkret hədəflərdən detallı danışan R.Qarazadə dövlət sifarişilə ekranlaşdırılacaq filmlərin “Azərbaycanfilm”lə özəl sektor arasında birgə istehsalına başlanıldığını da bildirib. Onun sözlərinə görə, bu istiqamətdə artıq ilk addım atılıb. Belə ki, “Daşlara Həkk Olunan Tale: Əcəmi Əbubəkir Naxçıvani” adlı tammetrajlı bədii-sənədli tarixi filmin çəkilişlərinə başlanılıb. R.Qarazadə həmçinin bu addımın kinostudiya ilə özəl sektor arasında koordinasiyanı möhkəmləndirmək məqsədilə atıldığını, konkret olaraq bununla kinostudiyada film istehsalının bərpa olunduğunu da xüsusi vurğulayıb.

R.Qarazadə qurumda məkan xidmətləri, çəkiliş avadanlıqlarının alınması kimi aparılan son dərəcə vacib proseslər barədə də geniş məlumatlar verib: “Kinostudiyanın rəhbərliyi 2026-cı ilin sonunadək daxili imkanlar hesabına yararsız və boş sahələri qısa müddət ərzində çəkiliş obyektlərinə çevirməklə altı çəkiliş zonasını səkkizə çatdırmağı, böyük pavilyonun inşası layihəsinin həyata keçirilməsinə investisiya cəlb etməyi, çəkiliş sahələrini potensial müştərilərə tanıtmaq üçün reklam kampaniyaları təşkil etməyi, eyni zamanda bu məkanların rentabelliyini artırmaq üçün xüsusi endirimlər tətbiq etməklə rezidentlər şəbəkəsindən yararlanmağı hədəfləyir. Həmçinin çəkiliş avadanlıqlarının alınması, kontent xidmətləri, post-prodakşn xidmətləri, geyim və əlbəsə xidmətləri, alternativ, yəni qrim, kaskadyorluq, avtonəqliyyat, dron, kastinq, tikiş sexi xidmətləri ilə də bağlı işlərin reallaşdırılmasına başlanılıb. Artıq bu istiqamətdə müqavilələrin bir çoxu imzalanıb və proseslər davam etməkdədir ki, bu da “Azərbaycanfilm” Kinostudiyasında yaradılması nəzərdə tutulan “Kinopark” konsepsiyasının həyata keçirilməsinə başlandığının əyani göstəricisidir. Eyni zamanda sevindirici haldır ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin keçirdiyi 2026-cı il üzrə “Post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi”nin qalibləri sırasında Azərbaycafilmin “Kinostudiya sakinləri” tammetrajlı bədii-sənədli film-layihəsi də yer alıb.

Onu da qeyd edim ki, 2026-cı il üçün nəzərdə tutduğumuz son dərəcə vacib işlər sırasında zəngin tarixə malik Azərbaycan kinosunun dünəni, bu günü və gələcək hədəflərini özündə əks etdirəcək Kino Muzeyinin yaradılması prosesi də var. Eyni zamanda Azərbaycanın film sənayesi üçün genişmiqyaslı istehsal və təhsil ekosisteminə çevriləcək Yaradıcı Kino Mərkəzinin (Cinema Creative Nub və Kino Akademiyası) təşkil edilməsi də strateji planlarımızda nəzərdə tutulmuşdur”.

 

 

AzPost.az

Post navigation

Previous: Trampdan İran rəhbərliyinə gözlənilməz tərif –
Next: DSK-nın sabiq sədri, sayt rəhbəri və polis polkovniki həbs olundu

Oxşar xəbərlər

aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
suksina esas
  • Mədəniyyət

Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib

User 07 Noyabr 2026 - 14:03
mehriban konsert
  • Mədəniyyət

Mehriban Əliyeva skripkaçı Devid Qarrettin simfonik şousunu izləyib

User 04 Noyabr 2026 - 22:23

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.