KİV: Əfqanıstan prezidenti yaxın bir neçə saat ərzində istefa verəcək

15 Avqust 2021 - 14:17

Əfqanıstan Prezidenti Əşrəf Qani yaxın bir neçə saat ərzində istefa verəcək.

Bildirilir ki, prezidentin bir neçə saat ərzində istefa verəcəyi və müvəqqəti hökumətin qurulacağı barədə məlumatlar var.

Telekanalın məlumatına görə, hakimiyyətin indiki Əfqanıstan hakimiyyətindən keçid administrasiyasına keçməsi bu gün ölkənin paytaxtındakı prezident sarayında baş tutacaq.

Bir müddət əvvəl isə Əfqanıstanın daxili işlər naziri vəzifəsini icra edən Abdul Sattar Mirzakval “Tolo News” telekanalının efirində “Kabilə hücum edilməyəcək, hakimiyyətin ötürülməsi sülh yolu ilə baş tutacaq” deyib.