“Kiyevə döyüş tanklarının göndərilməsi ilə bağlı məsləhətləşmələr aparılır”- NATO Baş katibi

NATO Baş katibi Yens Stoltenberq Alyans ölkələri arasında Ukraynaya tank və digər müasir silahların göndərilməsi ilə bağlı məsləhətləşmələrin aparıldığını təsdiqləyib.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“NATO əsas döyüş tanklarının Ukraynaya çatdırılması ilə bağlı məsləhətləşmələr aparır”, – Baş katib deyib.

O, həmçinin bildirib ki, Ukraynaya təkcə tanklar deyil, həm də daha ​​çox hava hücumundan müdafiə sistemləri, həmçinin ehtiyat hissələri, döyüş sursatı və artıq təhvil verilmiş texnikaya texniki xidmət lazımdır.

Azpost.info

 

Əvvəlki məqalə

Sabiq nazirə məxsus bank “Baku Steel Company”ni məhkəməyə verib

Sonrakı məqalə

Putin Avropa dövlətlərini Hitlerlə əlbir olmaqda ittiham edib –