“Kiyev Moskvanın şərtlərini yerinə yetirməklə ukraynalıların iztirablarına son verə bilər”- PESKOV

“Kiyev Moskvanın şərtlərini yerinə yetirməklə ukraynalıların iztirablarına son verə bilər”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Ukrayna rəhbərliyi vəziyyəti Rusiya tərəfinin tələblərini yerinə yetirəcək və mülki əhali üçün bütün mümkün iztirablara son qoyacaq şəkildə həll etmək üçün hər cür imkana malikdir”, – Peskov bildirib.

Peskov onu da qeyd edib ki, Moskva Rusiyanın enerji resurslarına “qiymət tavanı”nın tətbiqini dəstəkləyəcək ölkələrə neft və qaz tədarükünü dayandıracaq.

Azpost.info

Əvvəlki məqalə

İran öz raketlərini və nüvə silahını Şimali Koreya ilə birgə yaradır –

Sonrakı məqalə

Şəmkirin həbsdə olan sabiq icra başçısı Alimpaşa Məmmədov məhkəmə zalında –