Kiyev Rusiya ilə sazişin hansı halda imzalana biləcəyini açıqlayıb

ukrayna6

 “Ukrayna üçün təhlükəsizlik zəmanəti haqqında sazişin imzalanması yalnız Rusiya qoşunlarının 2022-ci il fevralın 23-dəki mövqelərinə qayıtmasından sonra mümkündür”.

Azpost.info bildirir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında Ukraynanın daimi nümayəndəsi Sergey Kislitsa bildirib.

O vurğulayıb ki, tərəflər Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinə dair sazişin hazırlanması üzrə məsləhətləşmələri davam etdirəcəklər.

Kislitsanın sözlərinə görə, söhbət atəşkəs rejiminin tətbiqi mexanizmindən, qoşunların və digər silahlı birləşmələrin çıxarılmasından, davamlı olaraq humanitar dəhlizlərin təhlükəsiz işləməsindən, həmçinin həlak olanların mübadiləsindən, hərbi əsirlərin və mülki şəxslərin azad edilməsindən gedir.

“Təhlükəsizlik təminatı haqqında sazişin imzalanması Rusiya silahlı birləşmələrinin 23 fevraldakı mövqelərinə qayıtmasından sonra mümkün olacaq“, – Ukraynanın daimi nümayəndəsi vurğulayıb.

Kislitsanın fikrincə, Ukraynada atəşkəs rejiminin yaradılması və gərginliyin azaldılması tezliklə baş tutmayacaq: “İstanbulda aparılan danışıqlar göstərir ki, Rusiya irəli addım atmağa hazır ola bilər, lakin davamlı atəşkəs və hərtərəfli deeskalasiyaya doğru hələ çox uzun yol var”.