Kiyev telequlləsinə və elektrik stansiyasına hucum hazırlayan agentlər həbs edilib

Kiyev və Odessada Rusiya Federal Təhlükəsizlik Xidmətinin iki agenti saxlanılıb.

Azpost.info bildirir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti bəyan edib.

Onlar üç regionda Ukrayna ordusunun hərbi hissələrinə və enerji və telekommunikasiya obyektlərinə raket hücumları planlaşdırıblar.

“Agentlərin xüsusi diqqət mərkəzində Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mühafizəsini təmin edən ordu hissələri, Poltava vilayətindəki hərbi obyektlər, həmçinin Kiyev televiziya qülləsi və paytaxtın istilik sistemi haqqında məlumatlar olub” – deyə açıqlamada deyilir.

Agentlərə Ukrayna qoşunlarının yerləşdiyi yerləri müəyyən etmək və hava hücumlarını tənzimləmək üçün Rusiyaya müvafiq koordinatları göndərmək tapşırılıb. Gizli şəkildə kəşfiyyat məlumatları toplamaq üçün rus agentlərindən biri Müdafiə Qüvvələrinin hissələrini qida ilə təmin edən Odessa şirkətində ekspeditor kimi işə düzəlib.

Digər casus Kiyevdəki teleqülləsinin 2022-ci ilin martında atəşə tutulduqdan sonrakı texniki vəziyyəti barədə məlumat toplayıb. O, paytaxt rayonunun böyük bir hissəsini elektrik və istilik enerjisi ilə təmin edən İES-lərdən birinin görünüşünü də çəkib.

Məlumatlara görə, Rusiyaya bu məlumatlar istilik elektrik stansiyasına və televiziya qülləsinə təkrar hücumların tənzimlənməsi və ya yeni hücumların həyata keçirilməsi barədə qərar qəbul etmək üçün lazım olub.

İstintaqın məlumatına görə, düşmənlə əməkdaşlıq edənlərdən biri Odessadakı qida sənayesi müəssisəsində mühəndis olub. Digəri isə Kiyevdən olan 24 yaşlı gəncdir.

Onlar bu il yanvarın sonunda onlar FTX-nın Moskva və Moskva vilayəti üzrə kadr zabiti tərəfindən əməkdaşlığa cəlb olunublar.

Azpost.info

Əvvəlki məqalə

Rusiyada il başlayandan 3 milyardlıq antidepresan satılıb

Sonrakı məqalə

“Yeraltı avtomobil dayanacaqları zərərlə işləyir” –