Beynəlxalq Cinayət Məhkəməsi Kiyevdə öz filialını açır.
Azpost.info xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru Andrey Kostin bildirib.
Kostin əlavə edib ki, müvafiq memorandum ölkə hökuməti və BCM tərəfindən imzalanıb.
“Bu gün Ukrayna hökuməti ilə Beynəlxalq Cinayət Məhkəməsi arasında Ukraynada Beynəlxalq Cinayət Məhkəməsinin ofisinin açılmasına dair memorandum imzalanıb. Bununla bağlı qərar martın 3-də verilib və bu gün biz müvafiq beynəlxalq sənədi imzaladıq”, – Kostin qeyd edib.
Azpost.info