Kiyevdə humanitar dəhlizə təcili ehtiyac var –

ukr yardim

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Kiyevdə humanitar dəhlizin açılmasını zəruri sayır.

Azpost.info xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirib. “Ukrayna paytaxtında ehtiyacı olanlara yardım göstərmək üçün humanitar dəhlizə təcili ehtiyac var. Bu tədbir humanitar işçilərin təhlükəsiz və davamlı çıxışını, ehtiyacı olan insanlara təmin etmək üçün tələb olunur”, – Qebreyesus bildirib.

Humanitar dəhliz böhran bölgəsinə humanitar yardımı və ya oradan qaçqınların təhlükəsiz tranzitini təmin etmək üçün nəzərdə tutulmuş müvəqqəti silahsızlaşdırılmış zonadır. Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir