Kiyevdə partlayış səsləri eşidilib –Ukraynada hava həyəcanı verilib

Ukraynada dekabrın 25-də genişmiqyaslı hava xəbərdarlığı elan olunub.

AZƏRTAC-ın Ukrayna müxbiri xəbər verir ki, vətəndaşlara raket zərbələri təhlükəsi barədə xəbərdarlıq edilir. Hazırda Ukraynanın əksər bölgələrində həyəcan siqnalı çalınır.

Artıq paytaxt Kiyevin sol sahilində partlayış səsləri eşidilib. Hələ ki bununla bağlı rəsmi məlumat yoxdur.

Əvvəlki məqalə

Rusiya Ukrayna vasitəsilə Avropaya sutkada 42,4 milyon kubmetr qaz göndərir

Sonrakı məqalə

“Ölkədə buğda istehsalı kəskin şəkildə azalıb” –