Rusiya Ukrayna vasitəsilə Avropaya sutkada 42,4 milyon kubmetr qaz göndərir

“Qazprom” şirkəti Sudja qaz ölçmə stansiyası vasitəsilə Ukrayna ərazisindən tranzitlə Avropaya sutkada 42,4 milyon kubmetr qaz tədarük edir.

TASS agentliyi xəbər verir ki, bu barədə “Qazprom”un nümayəndəsi bildirib.

“Qazprom” Ukrayna ərazisindən tranzit üçün Rusiya qazını Ukrayna tərəfinin təsdiq etdiyi həcmdə Sudja qazölçmə stansiyası vasitəsilə tədarük edir. Soxranivka qaz ölçmə stansiyasından nasosun çəkilməsi ilə bağlı müraciət Ukrayna tərəfindən rədd edilib”, – deyə o bildirib.

Əvvəlki məqalə

“Airbus 380” qəza enişi etmiş təyyarənin sərnişinlərini aparmaq üçün Bakıya gəlib

Sonrakı məqalə

Kiyevdə partlayış səsləri eşidilib –