Kiyevdə vertolyot qəzasının qurbanları ilə bağlı rəsmi məlumat- AÇIQLANDI

Xilasedicilər Kiyev vilayətinin Brovarı şəhərində Dövlət Fövqəladə Hallar Xidmətinin helikopterinin qəzaya uğradığı yerdə axtarış işlərini başa çatdırıblar.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

“Brovarı şəhərində axtarış-xilasetmə əməliyyatları başa çatıb. Ümumilikdə 1-i uşaq olmaqla 14 nəfər ölüb, 11-i uşaq olmaqla 25 nəfər yaralanıb“.

Xatırladaq ki, Brovarıda helikopterin qəzaya uğraması nəticəsində Ukrayna Daxili İşlər Nazirliyinin ali rəhbərliyi, o cümlədən nazir Denis Monastırski həlak olub.

Azpost.info

Əvvəlki məqalə

Putin Avropa dövlətlərini Hitlerlə əlbir olmaqda ittiham edib –

Sonrakı məqalə

“Gözləyirik!” –