“Rusiya Ukraynanın “çirkli bomba”dan istifadə etmək planlarından xəbərdardır”.
Azpost.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bunu MDB ölkələrinin xüsusi xidmət və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə bugünkü görüşündə deyib.
Oktyabrın 23-də Moskva bəyan etdi ki, Kiyevdə “çirkli bomba” partlatmaq üçün təxribat hazırlanır. Bunun ardınca Rusiya müdafiə naziri Sergey Şoyqu 4 ölkənin (ABŞ, Britaniya, Türkiyə, Fransa) müdafiə idarələrinin rəhbərlərinə bu barədə məlumat verdi.
Öz növbəsində, ABŞ və Avropa ölkələri Kiyevə qarşı məlum ittihamı rədd edir.
Azpost.info
