“Qərb ölkələrinin Ukrayna ordusuna hərtərəfli yardım göstərməsinə baxmayaraq, Kiyevin hərbi resursları praktiki olaraq tükənib”.
Azpost.info bildirir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Beynəlxalq Təhlükəsizlik üzrə XI Moskva Konfransında deyib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri nəticə əldə edə bilməyib. “Bunun nümunəsi açıqlanmış strateji əks-hücumdur”, – deyə nazir əlavə edib.
O qeyd edib ki, ABŞ Kiyevə dəstək şüarı altında dünyada tərəfdaşlarının hərbi arsenallarını təmizləyir. “Əslində, öz hərbi sənaye kompleksinin məhsulları üçün bu bazarı təmizləyir”.
Şoyqu həmçinin vurğulayıb ki, bu gün döyüş meydanında Rusiya silahları üçün unikal və toxunulmaz heç nə yoxdur. Onun sözlərinə görə, bir çox hallarda hətta sovet istehsalı olan texnika da döyüş keyfiyyətlərinə görə Ukraynaya verilən Qərb modellərindən üstündür.
Azpost.info
