“Kiyevin təhlükəsizlik zəmanəti layihəsi Rusiya üçün təhlükədir”- PESKOV

“Ukraynanın təhlükəsizlik zəmanətinə dair layihəsi Rusiya üçün təhlükə yaradır. Çünki Ukrayna hakimiyyəti NATO-ya daxil olmaq istəyindən əl çəkmir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, bu sənəd Rusiyanın xüsusi əməliyyatını daha da aktuallaşdırır: “NATO-ya üzvlük niyyəti qalır. Deməli, ölkəmiz üçün əsas təhlükə qalmaqdadır. Yəni xüsusi hərbi əməliyyat keçirməyi zəruri edən səbəblərdən biri  qalır və hətta aktuallaşır”, – Peskov bildirib.

Ukraynanın təklif etdiyi sənədin imzalanacağı təqdirdə Rusiyanın reaksiyasının necə olacağı ilə bağlı suala Peskov belə cavab verib: “Mənfi. Hazırkı status-kvo və hazırkı vəziyyətlə təhlükəsizliyə çətin ki kimsə Ukrayna rəhbərliyindən daha böyük zəmanət verə bilər. Yalnız bu ölkənin rəhbərliyi Rusiya üçün təhlükəni aradan qaldıracaq addımlar atmalıdır. Onlar bu hərəkətlərin nədən ibarət olduğunu çox gözəl bilirlər”.

Qeyd edək ki, “Kiyev təhlükəsizlik müqaviləsi” adlı sənəddə Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Avstraliya və Türkiyə qarant kimi təqdim edilir.

Azpost.info

Əvvəlki məqalə

ABŞ-ın Qafqaz üzrə baş müşaviri Filip Riker –

Sonrakı məqalə

“Si Cinpin Putinlə birgə yenidən dünya arenasına qayıdır”