“Ukraynanın NATO-ya daxil olmaq istəyi Şimali Atlantika Alyansının bütün üzvləri ilə müzakirə olunacaq”.
Azpost.info xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Kristina Lambrext moldovalı həmkarı Anatoli Nosatii ilə Kişinyovda keçirdiyi birgə brifinqdə deyib.
“Ukrayna özünü azad hiss edəcəyi ittifaqı seçməkdə azaddır. Bununla belə, bu məsələdə öz sözünü deməli olan 30 ölkə var və bu, Almaniyanın tək qərarı deyil. Ukraynadakı vəziyyət də nəzərə alınmalıdır”, – Lambrext bildirib.
Azpost.info
