Koçaryanın məhkəməsində dava düşüb –Saxlanılanlar var

Bu gün Yerevan məhkəməsində Ermənistanın sabiq prezidenti Robert Koçaryanın məhkəməsi keçirilib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, məhkəmədə R. Koçaryana qarşı irəli sürülmüş konstitusiya quruluşunun pozulmasına dair ittiham üzrə işə baxılıb. Sabiq prezidentin müdafiəçiləri onun azad olunmasını tələb ediblər.

Məhkəmənin qərarı sentyabrın 17-də elan olunacaq.

Məhkəmə iclasından sonra sabiq prezidentin tərəfdarları və əleyhdarları arasında toqquşma baş verib. Baş verənlərə görə, bir neçə nəfər, o cümlədən “Milli razılıq” partiyasının sədri Aram Arutunyan saxlanılıb. Koçaryanın əleyhdarları onu qadını döyməkdə ittiham ediblər. A. Arutunyanın özü ünvanına edilən təhqirlərə cavab olaraq bu addımı atdığını bildirib.

Qeyd edək ki, 2018-ci il iyulun 26-da Ermənistan İstintaq Xidməti 2008-ci il martın 1-də keçirilmiş aksiyanın dağıdılması ilə əlaqədar başladılmış cinayət işi çərçivəsində Robert Koçaryana qarşı konstitusiya quruluşunun pozulmasına dair ittiham irəli sürüb. Bir gün sonra keçmiş prezident həbs olunub. Bu ilin mayında Robert Koçaryan Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin zaminliyi ilə azadlığa buraxılıb. Bundan sonra Ermənistanın Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Koçaryanın həbsi ilə bağlı qərar qəbul edib.

O həmçinin böyük məbləğdə rüşvət almaqda ittiham edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyəli psixoloq məktəbdə təlim keçib

Sonrakı məqalə

Bir istefanın doğurduğu suallar –