Türkiyəli psixoloq məktəbdə təlim keçib

2019-cu ildə “Göyərçin” Təhsilin İnkişafına Dəstək İctimai Birliyin təşəbbüsü ilə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrant müsabiqəsinin qalibi olmuş R.İsmayılov adına Xızı şəhər tam orta məktəbin fəaliyyəti uğurla davam edir. “Mən Psixoloqam” adlı layihənin məqsədi psixoloqlar üçün təlimlərin təşkilidir. 

 

Artıq layihənin I mərhələsi başa çatmışdır. I mərhələdə “Göyərçin” Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülnarə Vəlixanlı açılış çıxışını edərək, Türkiyənin tanınmış yazarı və psixoloqu Nazmi Şimşəyə Azərbaycana dəvəti qəbul etdiyi üçün minnətdarlıq etmiş, onun “Uşaq və həyat” adlı kitabı Azərbaycan dilinə tərcümə olunub və çap edildiyini bildirərək sözü Nazmi Şimşək bəyə vermişdir. Nazmi Şimşək Xızı rayonunda fəaliyyət göstərən “Cənnət bağı” istirahət mərkəzinin akt zalında 3 gün müddətində ümumilikdə 50 nəfərdən ibarət olan psixoloq və müəllim heyətinə təlim keçmişdir. O,”Uşaq və həyat”, “Məktəbdə psixoloji xidmətin təşkili”, “Məktəb psixoloqlarının vəzifələri”, “Risk qrupuna daxil olan uşaqlarla işin təşkili”,”Psixoloji xidmət zamanı məktəb və valideyn əlaqələri” və digər  mövzularda çıxış etmişdir. Nazmi Şimşəyin mühazirələri müəllimlər və psixoloqlar tərəfindən yüksək qarşılanmışdır.

Psixoloqları və müəllimləri düşündürən suallara Nazmi Şimşək geniş izahat vermişdir.

 

 

 

Əvvəlki məqalə
Sonrakı məqalə

Koçaryanın məhkəməsində dava düşüb –