Kolumbiya hökuməti silahlı qruplarla atəşkəs barədə razılığa gəlib

Kolumbiya hökuməti ölkədə fəaliyyət göstərən beş ən böyük silahlı qrupla 6 aylıq atəşkəs barədə razılıq əldə edib.

“Əl-Cəzirə” xəbər verir ki, bu barədə Prezident Qustavo Petro Yeni il ərəfəsində bildirib.

Ölkənin ilk solçu Prezidenti olan Petro 1985-2018-ci illər arasında ən azı 450 min insanın ölümünə səbəb olan, demək olar ki, altmış ildir davam edən daxili münaqişəyə son qoymağı vəd edib.

Əvvəlki məqalə

Bakıda 4 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açılıb

Sonrakı məqalə

Azərbaycanda daha 26 nəfər COVID-19-a yoluxub