Komitə:"Oğuzda 12 yaşlı oğlanın ölümü ilə bağlı araşdırma aparılır"

Oğuz rayonunda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə Komitənin nəzarətindədir.

Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib. Məlumatda Oğuzda itkin düşən 12 yaşlı uşağın ölümündən təəssüfləndiyini qeyd edilib.

“Hadisə ilə əlaqədar qeyd edirik ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Oğuz rayon İcra Hakimiyyəti yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya” ilə əlaqə saxlayıb. Komissiyadan məsələ ilə bağlı istintaq getdiyi barədə məlumat verilib. Məsələ hazırda Komitənin nəzarətindədir və səlahiyyətləri daxilində faktın araşdırılması istiqamətində iş aparılır.

Bir daha valideynləri və cəmiyyəti uşaqlara qarşı diqqətli və məsuliyyətli olmağa çağırırıq”, – deyə məlumatda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“AGBank” və “NBC Bank”da qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanacaq

Sonrakı məqalə

Azərbaycanda daha 106 nəfərdə koronavirus aşkarlanıb, 59 nəfər sağalıb, iki nəfər vəfat edib