Kompyuter salonlarında karantinə əməl etməyənlər məsuliyyətə cəlb ediləcək –DİN

Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin qərarına uyğun olaraq, oktyabrın 1-dən etibarən istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanları kateqoriyasına kompyuter-oyun (PlayStation) zal və salonları daxildir.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidmətindən bildirilib.
Fəaliyyəti bərpa olunan digər qapalı məkanlarda olduğu kimi kompyuter-oyun (PlayStation) zal və salonlarında tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, sosial məsafənin qorunması və əl gigiyenası kimi ümumi qaydalara, habelə tətbiq edilən digər tələblərə riayət olunmalıdır. Bununla bağlı müvafiq nəzarət tədbirlərinin icrası diqqətdə saxlanılacaq, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan Rusiyaya yola düşüb

Sonrakı məqalə

“Britiş Petrolium” Abşerondakı payının 25%-ni Rusiyanın “Lukoil” şirkətinə satır –